525.Az

Danimarkada Arhus şəhər bələdiyyəsinin üzvü Hüseyn Aracla görüş


 

Danimarkada Arhus şəhər bələdiyyəsinin üzvü Hüseyn Aracla görüş<b style="color:red"></b>

Oktyabrın 21-də Danimarka Krallığındakı "Vətən" cəmiyyətinin sədri Səfər Sadiqi, "Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr" İctimai Birliyinin sədri Nazim Əhmədli və Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İdarə Heyətinin üzvü Ayaz Məmmədov Danimarkanın Ahrus şəhərində Avropa parlamentinin keçmiş deputatı, Arhus bələdiyyəsinin üzvü Hüseyn Aracla görüşüblər.

Görüşdə uzun illərdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirə aparılıb. Arhus bələdiyyəsinə Qarabağ münaqişəsi ilə bağlı kitablar, bukletlər, Azərbaycan bayraqları təqdim edilib.

N.Əhmədli Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi "Atəşkəs" sənədli filminin lent yazısını hədiyyə edib.

Bələdiyyə üzvü Arhus şəhərindəki fəaliyyətində həmişə Azərbaycanın yanında olduğunu deyib.

Bildirib ki, bundan sonra da qardaş ölkənin haqq səsinin yayılmasına yardımçı olacaq.

 





25.10.2016    çap et  çap et