525.Az

"Neftçi"nin futbolçusundan tərbiyəsizlik


 

"Neftçi"nin futbolçusundan tərbiyəsizlik<b style="color:red"></b>

Topaz Premyer Liqanın 9-cu turunda keçirilən "Neftçi" - "Qarabağ" görüşünün sonlarına yaxın gərgin anlar yaşanıb.

Qol.az-n məlumatına görə, Ağdam klubunun ikinci qolundan sonra ev sahibi komandanın azarkeşlərindən biri meydana daxil olub.

O, "Neftçi"nin futbolçusu Katalin Tiraya narazılığını bildirib. Bundan sonra K.Tira azakeşə hücum edərək ona zərbə vurub.

Bu hərəkətinə görə oyunun baş hakimi Ramil Diniyev K. Tiraya qırmızı vərəqə göstərib. Azarkeş isə meydandan uzaqlaşdırılıb.

 





26.10.2016    çap et  çap et