525.Az

“Tira “Neftçi”dən uzaqlaşdırılacaq”


 

“Tira “Neftçi”dən uzaqlaşdırılacaq”<b style="color:red"></b>

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Qarabağ”la oyun zamanı meydana daxil olan azarkeşə hücum edib ona zərbə vuran futbolçuları Katalin Tiranın hərəkətinə münasibət bildirib.

Qol.az-ın xəbərinə görə,  o, ruminiyalı oyunçunun hərəkətini pisləyib. “Futbol meydanı boks rinqi deyil” – deyə o, “CBC Sport”a bildirib.

Əlavə edib ki, bu hərəkətinə görə, Katalin Tiranı ciddi cəza gözləyir.

“Yəqin ki, o, “Neftçi”dən uzaqlaşdırılacaq” – deyə E.Abdullayev qeyd edib.

 





26.10.2016    çap et  çap et