525.Az

Ruhani ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək


 

Ruhani ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək<b style="color:red"></b> İran prezidenti Həsən Ruhani 2017-ci ildə dövlət başçısı seçkilərində iştirak etmək niyyətindədir. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Fars” agentliyinə İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib. Onun sözlərinə görə, seçki qərargahı 2017-ci ilin yanvarında işə başlayacaq.
 
Nazirin sözlərinə görə, namizədlərin qeydiyyatı gələn ilin 10-14 aprel tarixlərində  keçiriləcək. Seçki kampaniyasına rəsmi olaraq aprelin 27-də start veriləcək və mayın 16-dək davam edəcək. 
 
 İranda prezident seçkiləri 2017-ci ilin mayın 19-na təyin edilib.
 





26.10.2016    çap et  çap et