525.Az

Havanın temperaturu artacaq


 

Havanın temperaturu artacaq<b style="color:red"></b>

Sabah Bakıda 13-18, bəzi yerlərdə isə 20 dərəcə isti olacaq

Sabah – martın 26-da Bakı şəhərində və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9, gündüz 13-18, bəzi yerlərdə isə 20 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən martın 26-dan 28-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

 





25.03.2013    çap et  çap et