525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Oktyabrın 27-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.
 
Şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu yarımadada gecə 5-7° isti, gündüz  9-12°, Bakıda gecə  5-7° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək  773 mm civə sütunu, nisbi rütubət  gecə  85-95 %, gündüz 60-70 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir.
 
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
 





26.10.2016    çap et  çap et