525.Az

"Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi ilbəil artır"


 

"Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi ilbəil artır"<b style="color:red"></b> Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi ilbəil artır.

"APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Qiqi Qiqiadze bildirib.
 
Nazir müavini xatırladıb ki, cari ilin I yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına $282,5 mln. yatırıb. "2015-ci ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına $550 mln. yatırıb ki, bu da 2014-cü illə müqayisədə 61% çoxdur", - deyə Q. Qiqiadze bildirib.
 
O əlavə edib ki, Gürcüstan iqtisadiyyatının ən iri azərbaycanlı investoru SOCAR-dır: "Ölkə üzrə SOCAR 114 yanacaqdoldurma stansiyasına, Kulevi limanında neft terminalına sahibdir".
 





26.10.2016    çap et  çap et