525.Az

ABŞ-da seçkilərin saxtalaşdırıldığına dair iddialar artır


 

DONALD TRAMP: "1,8 MİLYON AMERİKALI ÖLDÜYÜ HALDA SEÇİCİ KİMİ ABŞ-DA KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNDƏ QEYDİYYATA ALINIB"

ABŞ-da seçkilərin saxtalaşdırıldığına dair iddialar artır<b style="color:red"></b>

Ayrı-ayrı vaxtlarda müxtəlif ölkələrdə keçirilən seçkilərdə saxtakarlıq faktlarının olduğunu iddia edən ABŞ indi özü saxta seçki keçirməkdə ittiham olunur.

Özünü "Demokratiyanın beşiyi" hesab edən Birləşmiş Ştatlarda prezident seçkilərinə hazırlıq dövründə müşahidəçilərin sayının azaldıldığının elan edilməsi, eləcə də aparılan müşahidələr zamanı ölən şəxslərin də seçki siyahılarında qeyd olunması həm ölkə ictimaiyyəti, həm bəzi xarici ekspertlər, həm də prezidentliyə namizəd Donald Tramp tərəfindən narazılıqla qarşılanıb.

Bu barədə "Amerikanın səsi" yazır ki, ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Trampın bu həftə seçki saxtakarlığı ilə bağlı şərhləri ABŞ və dünyada bir çox insanı təlaşlandırıb. Azad və ədalətli seçkilərin hər zaman Amerika demokratiyasının təməli və dünyadakı bir çox ölkə üçün etalon olduğunu yazan "Amerikanın səsi" bildirir ki, ekspertlərin ABŞ-da statistik cəhətdən mühüm seçki saxtakarlığının olmadığını desə də, onlar bu ilki seçkinin bir çox səbəbdən qeyri-adi olduğunu və seçki vaxtı bəzi poblemlərin meydana gələ biləcəyini iddia edir.

"RİA Novosti"in məlumatına görə, D.Tramp bildirib ki, prosess saxtadır, seçkilər saxtalaşdırılır: "1,8 milyon insan öldüyü halda seçici kimi ABŞ-da keçiriləcək prezident seçkilərində qeydiyyata alınıb. O kinayə ilə qeyd edib ki, seçki prosesində saxtakarlıq edildiyi üçün hətta onların bəzilərinin seçki məntəqələrinə gələrək səs verə biləcəklərində də qəribə heç nə görmür.

D.Tramp seçkidə qalib gəlmək üçün Demokratların prezidentliyə namizədi olan Hillari Klintonun hər şeyi etməyə hazır olduğunu deyib: "Hilari Klinton prezident olmaq üçün seçkidə saxtakarlıq etməyə də qadirdir. Ona görə də, mən bir halda seçkinin ədalətli və şəffaf keçirildiyini bəyan edə bilərəm. O da ki, əgər özüm prezident seçilsəm".

Onun seçki prosesinə qarşı hücumu Birləşmiş Ştatların prezidenti də daxil olmaqla, həm Respublikaçı, həm də Demokratların qınağına səbəb olub.

"Mənsub olduğu siyasi partiyadan, mühafizəkar və ya liberal ideologiyaya sahib olmasından asılı olmayaraq, bu məsələlərlə bağlı ciddi araşdırma aparan hər bir ekspert mühüm seçki saxtakarlığının mövcud olmadığını deyə bilər," deyə Obama deyib.

Səsvermə hüquqları üzrə ekspertər seçki prosesinin saxta olmadığı üzərində razılaşsa da, mümkün digər problemlər barədə xəbərdarlıq edir.

Bu, üç il bundan əvvəl Ali Məhkəmənin ləğv etdiyi 1964-cü il Səsvermə Hüquqları Aktının bəzi qoruyucu müddəalarının olmadığı ilk səsvermə olacaq. Bu müddəalardan ən əsası isə Federal Seçki Müşahidəçiləri proqramıdır.

Son 50 ildə ilk dəfə olaraq bu seçkidə Ədliyyə Nazirliyi ölkənin ən təhlükəyə açıq hissələrinə təlim keçmiş federal müşahidəçiləri göndərməyəcək.

2012-ci il seçkisi üçün Ədliyyə Nazirliyi 23 ştata 780 müşahidəçi göndərmişdi. Bu il isə sadəcə beş ştatda müşahidəçilər olacaq.

14 ştatda yeni məhdudlaşdırıcı seçici qanunları tətbiq ediləcək və bu ştatların bəzilərində seçici qeydiyyatının xüsusi növləri tələb olunacaq.

Qanunların düzgün qaydada tətbiq edildiyini təmin edən federal müşahidəçilər olmayacağı üçün vətəndaş haqları təşkilatları seçicilərin zəng edə biləcəyi qaynar xətt yaradıblar.

Əksər müşahidəçilər bu seçkinin qeyri-adi olduğunu düşünür. Bu qeyri-adilik isə seçki günü səsvermə prosesində də öz əksini tapacaq.

Ceyhun ABASOV

 





26.10.2016    çap et  çap et