525.Az

Ramiz Alıyev: “Azərbaycan müstəqil inkişaf yolundadır”


 

Ramiz Alıyev: “Azərbaycan müstəqil inkişaf yolundadır”<b style="color:red"></b>

“Pezident İlham Əliyev haqlı olaraq Azərbaycanın 25 illik müstəqillik dövrünü 3 mərhələ ilə xarakterizə edib. Ölkə başçısının qeyd etdiyi kimi, müstəqilliyin birinci dövründə Azərbaycan parçalanma, məhv olma təhlükəsi ilə üz-üzə olub. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün bu təhlükələrin qarşısı alınıb, Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoyub”.

Bu sözləri Strateji Araşadırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev deyib.

O bildirib ki, Azərbaycanın müstəqiliyini bərpa etdiyi ilk illərdə bəzi xarici dairələr ölkəmizdəki əlaltıları vasitəsilə dövlətimizi məhvə sürükləməyə çalışırdı:
 
“Ölkənin dörd bir yerində separatçı meyllər güclənir, mərkəzi hakmiyyətdən qopmalar müşahidə olunurdu. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bu faciələrin qarşısı alındı, günahkarların cəzalandırılması istiqamətində müvafiq addımlar atıldı. Daha sonra o, ölkənin sabit və təhlükəsiz şəraitdə inkişafı, qüdrətlənməsi yolunda ən vacib addımlardan biri olan “Əsrin müqaviləsi”ni reallaşdırmağa nail oldu. Bu, Azərbaycan dövlətinin gələcək inkişafı üçün münbit zəminin yaradılması demək idi”.

2003-2005-ci illərdə Azərbaycanın növbəti böyük sınaqdan üzüağ çıxdığını deyən R.Alıyev qeyd edib ki, bu dövr ərzində dövlət çevrilişinə cəhd edən qüvvələrin qarşısı alındı, xalqın milli iradəsi növbəti dəfə öz sözünü dedi: “Prezident İlham Əliyev bununla bir daha sübut etdi ki, o ümummilli lider Heydər Əliyevin layiqli davamçısıdır”.

Hazırda Azərbaycanın bütün dünyada nüfuzlu, hörmətlə qarşılanan ölkə olduğunu deyən R.Alıyev qeyd edib ki, ölkədə bütün dinlərə, mədəniyyətlərə məxsus insanların dinc, azad şəkildə yaşaması, fəaliyyət göstərməsi, öz dini ayinlərini icra etməsi üçün bütün imkanlar yaradılıb: “Azərbaycan bütün dünyada tolerant, multikultural ölkə kimi tanınır. Hesab edirəm ki, dövlətimizin sivilizasiyalar arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atdığı addımlar, gördüyü işlər bütün dünya üçün nümunəvi xarakter daşıyır”.

Politoloq hesab edir ki, Azərbaycanın dövlət müstəqilliyinin növbəti dövründə ölkəmizin daha da qüdrətlənməsi, postneft dövründə hərtərəfli inkişaf etməsi istiqamətində fəaliyyət aparılacaq: “Bununla dövlətimiz daha da güclənəcək, inkişaf etmiş ölkələr sırasında özünə layiqli yer tutacaq”.

Ceyhun ABASOV

 





26.10.2016    çap et  çap et