525.Az

Fərhad Xəlilova “Şərəf” ordeni təqdim olundu


 

Fərhad Xəlilova “Şərəf” ordeni təqdim olundu<b style="color:red"></b>

Oktyabrın 26-da Rəssamlar İttifaqında Fərhad Xəlilova “Şərəf” ordeninin təqdim olunma mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rəssamlar İttifaqının rəhbəri kimi Fərhad Xəlilovun gördüyü işlərdən, sənət yolundan söz açıb.

Bildirib ki, yaradıcılığa başladığı ilk illərdən novatorluğa meyl göstərən rəssam bütün yaradıcı fəaliyyəti boyu öz ideyalarına sadiq qalıb.

Vurğulanıb ki, F.Xəlilov təkcə Azərbaycanda deyil, dünya miqyasında şöhrət tapmış sənətkardır.

Onun əsərləri aparıcı incəsənət ekspertləri tərəfindən xüsusi qeyd olunmaqla yanaşı, dünyanın bir sıra məşhur sərgi salonlarında qorunur, nümayiş olunur.

Ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin hər zaman ölkə başçısının diqqətində olduğunu deyən nazir fırça ustasının yaradıcılığına olan dövlət qayğısından və verilən yüksək qiymətdən danışıb.

Xalq rəssamına yeni-yeni yaradıcılıq uğurları arzulayan Ə.Qarayev “Şərəf” ordenini sənətkara təqdim edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, akademiyanın prorektoru, Xalq rəssamı Səlhab Məmmədov Fərhad Xəlilovun yaradıcılığından söz açıblar.

F.Xəlilov yaradıcılığına verilən yüksək qiymətə minnətdarlığını bildirib.

Cavid QƏDİR

 





26.10.2016    çap et  çap et