525.Az

Pulsuz psixoloji yardım alacaq şəxslərin kateqoriyası açıqlandı


 

Pulsuz psixoloji yardım alacaq şəxslərin kateqoriyası açıqlandı<b style="color:red"></b> Azərbaycanda pulsuz psixoloji yardım alacaq şəxslərin kateqoriyası açıqlanıb.
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, yeni hazırlanmış “Psixoloji yardım haqqında” qanunun 6-cı maddəsində göstərilir ki, məktəbəqədər və orta təhsil müəssisəsində təhsil alanlar, tutulmuş və həbs edilmiş şəxslər, keçmiş məhbuslar, fövqəladə hallar zamanı zərər çəkmiş şəxslər və ailə üzvləri, fövqəladə halların nəticələrini aradan qaldırılmasında iştirak edən, peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan, əlilliyi olan şəxslər pulsuz psixoloji yardım alacaqlar.
 
Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
 





26.10.2016    çap et  çap et