525.Az

Masallıda 50-ə yaxın ev sel sularının altında qaldı


 

Masallıda 50-ə yaxın ev sel sularının altında qaldı<b style="color:red"></b> İntensiv yağıntılar səbəbindən Masallının ayrı-ayrı yaşayış məntəqələrində subasmalar qeydə alınıb.
 
APA-nın cənub bürosunun məlumatına görə, ən acınacaqlı vəziyyət rayonun Böyük Təklə kəndindədir.
 
Bu kənddə 50-ə yaxın fərdi ev sel sularının altında qalıb. Sel suları evlərin zirzəmilərinə dolub, əkin sahələrinə ciddi ziyan vurub. Bundan əlavə xeyli sayda ev quşu tələf olub.
 
Yerli sakinlərin sözlərinə görə, onlar artıq ikinci ildir analoji problemlə qarşılaşırlar.
 
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.
 





26.10.2016    çap et  çap et