525.Az

Sərkisyandan müxalifət liderinə əməkdaşlıq çağırışı


 

Sərkisyandan müxalifət liderinə əməkdaşlıq çağırışı<b style="color:red"></b>

Ermənistan prezidenti Serj Sərkisyan fevralın 18-də keçirilən prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirən İrs Partiyasının sədri Raffi Ovannisyanı əməkdaşlığa çağırıb.

525.az-ın türkiyə mediasına istinadən verdiyi məlumata görə, iki həftədir İrəvandakı Azadlıq Meydanında açlıq edən Ovannisyana məktub yazan Sərkisyan müxalifət liderini aksiyanı sona çatdırmağa və daha sonra əməkdaşlıq şərtlərini müzakirə etmək üçün görüşməyə dəvət edib.

Seçkilərdə ikinci yeri tutan Ovannisyan daha əvvəl Sərkisyandan bəzi dövlət vəzifələrinə İrs Partiyasının nümayəndələrinin təyin olunmasını tələb edib. Ovannisyan Baş Prokurorluğa, Dövlət Gəlir Komitəsi sədrliyinə, Milli Təhlükəsizlik, Daxili İşlər və Təhsil nazirliklərinə, Dövlət Təftiş Qurumunun rəhbərliyinə və 5 rayonun icra hakimiyyətinə öz adamlarının gətirilməsini istəyib.

 





25.03.2013    çap et  çap et