525.Az

Kənd təsərrüfatında kiçik biznes inkişaf etdiriləcək


 

Kənd təsərrüfatında kiçik biznes inkişaf etdiriləcək<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı layihəsinə start verilib.

Layihə 3 regionda-Beyləqan, Xızı, İsmayıllı rayonları keçiriləcək. Adıçəkilən regionlarda aparılan ilkin işlərin nəticəsi olaraq “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı sərginin keçirilməsi nəzərdə tutulur.

Layihənin icrasında əsas məqsəd - kənd təsərrüfatı sahəsində yerli istehsalçılarda rəqabət qabiliyyətinin artırılmasına təşəbbüs göstərməklə yerli bazarda məhsullara olan tələbatı və həmçinin gənclərin bu sahəyə marağını artırmaqdır.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində görüləcək işlər İsmayıllı, Beyləqan, Xızı rayonlarında yaşayan fermerləri və gəncləri əhatə edir.

Gənc sahibkarlarla görüş Beyləqanda (14-16 noyabr ; 5-7; 23-25 dekabr ) Xızıda (18-20 noyabr, 09 – 11, 27 - 29 dekabr ) qeyd etdiyimiz tarixlərdə keçiriləcək.

Layihədə 100 fermer və gəncin iştirakı nəzərdə tutulur.

 





26.10.2016    çap et  çap et