525.Az

BDU-da Vıqotskinin 120 illiyi qeyd edildi


 

BDU-da Vıqotskinin 120 illiyi qeyd edildi<b style="color:red"></b> Bakı Dövlət Universitetində (BDU) "İrs və innovasiyalar - Lev Vıqotskinin mədəni-tarixi ənənələrinin davamı" adlı dəyirmi masa keçirilib.
 
BDU-dan 525.az-a verilən məlumata görə, "Rossotrudniçestvo", Moskva Dövlət Pedaqoji Universiteti, Rusiyanın İnformasiya-Mədəni Mərkəzi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən dəyirmi masanı giriş sözü ilə BDU-nun tədrisin təşkili və təlim-texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva açıb.

Tədbirin psixologiya və pedaqogikaya böyük töhfələr vermiş, dünya miqyasında tanınmış alim və filosof Lev Vıqotskinin 120 illiyinə həsr edildiyini bildirən professor İradə Əliyeva dəyirmi masanın işinə uğurlar arzulayıb. 
 
Moskva Dövlət Pedaqoji Universitetinin professoru Yelena Levanova qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd dünya elmi təcrübəsinin və Lev Vıqotskinin metodologiyasının ümumiləşdirilməsi, onun nəzəriyyəsinin dünya psixologiyasında tətbiqidir.
 
Dəyirmi masada BDU-nun kafedra müdiri, professor Bəxtiyar Əliyev, Rusiya Təhsil Akademiyasının akademiki Valeriya Muxina, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və başqaları çıxış ediblər.

Cavid QƏDİR
 





26.10.2016    çap et  çap et