525.Az

Mehmanpərəst Nyu-Yorkda döyüldü


 

Mehmanpərəst Nyu-Yorkda döyüldü

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəsti Nyu-Yorkda döyüblər.Ramin Mehmanpərəst Nyu-Yorka BMT Baş Assambleyasının sessiyasına qatılan heyət tərkibində səfər edib.

525.az-ın “Media forum”-a istinadən verdiyi məlumata görə, sentyabrın 26-da mühacirətdə yaşayan bir qrup iranlı müxalif, eləcə də Suriya prezidenti Bəşər Əsədə müxalif bəzi suriyalılar BMT-nin əsas binasının yaxınlığında Ramin Mehmanpərəsti dövrəyə alıb İran rejiminə qarşı şüarlar səsləndiriblər, sonra onu döyüblər.

Polis Ramin Mehmanpərəsti müxaliflərin əlindən alıb hadisə yerindən uzaqlaşdırıb.

 

 





27.09.2012    çap et  çap et