525.Az

Yaponiya şahzadəsi vəfat etdi


 

Yaponiya şahzadəsi vəfat etdi<b style="color:red"></b> Yaponiya imperatoru Akihitonun əmisi, şahzadə Mikasa 101 yaşında vəfat edib.
 
APA-nın "Kiodo" agentliyinə istinadən verdiyi xəbərə görə, iyunun sonunda ürəyindən əməliyyat olunan şahzadə ictimaiyyət qarşısına son dəfə yeni il bayramında çıxmışdı.
 
Şərq tarixi üzrə mütəxəssis kimi tanınan şahzadə Mikasa Yaponiya Yaxın Şərq Mədəniyyəti Mərkəzinin və "Yaponiya-Türkiyə" Cəmiyyətinin fəxri prezidenti olub.
 
Yaponiyanın baş naziri Sindzo Abe şahzadənin ölümü ilə əlaqədar imperator ailəsinə başsağlığı verib.
 





27.10.2016    çap et  çap et