525.Az

Düşmən təxribatının qarşısı alındı


 

Düşmən təxribatının qarşısı alındı<b style="color:red"></b>

Oktyabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstərib.
 
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri endirilib.

Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 





27.10.2016    çap et  çap et