525.Az

Bir erməni hərbçisi öldürüldü


 

Bir erməni hərbçisi öldürüldü<b style="color:red"></b> Qoşunların təmas xəttində erməni silahlı bölmələrinin təxribatının qarşısı alınarkən bir düşmən hərbçisi öldürülüb.
 
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da 1996-cı il təvəllüdlü Qurqen Ayvazyan cavab atəşi ilə məhv edilib.
 
Azərbaycan Müdafiə Nazirliyi isə oktyabrın 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstərdiyi, düşmənin fəaliyyətinin əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulduğu, ölü və yaralı olaraq itki verən düşmənin geri çəkilməyə məcbur edildiyi barədə məlumat yayıb.
 





27.10.2016    çap et  çap et