525.Az

Masallıda evlərini su basmış 48 nəfər təxliyə olunub


 

Masallıda evlərini su basmış 48 nəfər təxliyə olunub<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi, Yanğın Mühafizə və Sularda Xilasetmə xidmətlərinin regional strukturlarının canlı qüvvə və texnikası Cəlilabad rayonunda su basmış həyət evlərində suçəkmə əməliyyatları aparıb.
 
FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, əməliyyatlar zamanı Masallının Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyə olunub.

İki gecə Nazirliyin bütün yerli strukturlarının əməkdaşları Rayon İcra Hakimiyyəti ilə birlikdə bu istiqamətdə iş aparıb.
 





27.10.2016    çap et  çap et