525.Az

Arşavin Azərbaycan çempionatında?


 

Arşavin Azərbaycan çempionatında?<b style="color:red"></b>

Hazırda Londonun “Arsenal” klubuna məxsus olan Rusiya millisinin sabiq kapitanı Andrey Arşavin Azərbaycan klublarından biri ilə danışıqlar aparır. Qol.Az-ın xəbərinə görə, bu sensasiyalı məlumatı Rusiyanın nüfuzlu “İzvestiya” qəzeti yazıb.

Məlumatda bildirilir ki, bu mövsüm yekunlaşandan sonra Arşavin ya Azərbaycan, ya da danışıqlar apardığı digər ölkə - Avstriyanın çempionatında çıxış edə bilər.

Qeyd edək ki, yazıda Arşavinlə konkret hansı klubun danışıq apardığı açıqlanmayıb. Amma qeyd edilib ki, Azərbaycan futbolunun rəhbərləri qarşılarına bu idman növünün populyarlığının artırılması və klubların  Avpopada uğurlu çıxış etməsi məqsədini qoyub. Buna görə də ölkə çempionatına Avropada oynayan tanınmış futbolçuların cəlb edilməsi gözlənilir.

Yeri gəlmişkəm, ekspertlər A.Arşavinin transfer qiymətini 4.5 milyon avro kimi dəyərləndirir. Lakin "Arsenal"da əsas heyətə düşə bilməyən və son vaxtlar Rusiya millisinə çağırılmayan futbolçunun qiyməti günbügün düşməkdədir.

 





25.03.2013    çap et  çap et