525.Az

Rusiya son 20 ildə Ermənistana 64, Azərbaycana isə 62 tank satıb


 

Rusiya son 20 ildə Ermənistana 64, Azərbaycana isə 62 tank satıb<b style="color:red"></b>

Rusiya son 20 ildə dünyanın 19 ölkəsinə 2 min ədəd tank ixrac edib.

APA-nın Rusiya mediasına istinadən verdiyi məlumata görə, növbəti 2 ildə – 2013-2015-ci illər ərzində isə alınmış sifarişlər üzrə daha 200 ədəd tankın ixracı planlaşdırılır.
 
İxracatın əsas hissəsi - 1300 tank “Uralvaqonzavod”un, qalan hissəsi isə “Omsk” nəqliyyat maşınqayırma müəssisəsinin payına düşüb.
 
Müqavilələr üzrə Rusiya Hindistana 557 ədəd T-90 S, İrana 426 ədəd T-72 S, Əlcəzairə 195 ədəd T-90 SA, Əfqanıstana 52 ədəd T-55 və T-62, Kubaya 51 ədəd T-72, Venesuelaya 92 ədəd T-72 B1V, Bolqarıstana 100 ədəd T-72 A/AK, Ermənistana 64 ədəd T-72, Azərbaycana 62 ədəd T-72 B, Monqolustana 50 ədəd T-72 A, Anqolaya 30 ədəd T-62, Uqandaya 31 ədəd T-90 S, Kiprə 82 ədəd T-80 U tankı satıb.
 
Bundan başqa, Rusiya hesabat müddətində Yəmən, Oman, Şimali Koreya və Türkmənistana da müəyyən sayda əsas döyüş tanklarının satışını həyata keçirib. Hindistanla isə əlavə olaraq 900 ədəd tankın çatdırılmasına dair 3 milyard ABŞ dolları məbləğində müqavilə imzalanıb.

 





25.03.2013    çap et  çap et