525.Az

Metro tikintisinə görə Bakının mərkəzində su olmayacaq


 

Metro tikintisinə görə Bakının mərkəzində su olmayacaq<b style="color:red"></b> “Azərsu” ASC Bakının bəzi ərazilərində su verilişində yaranacaq məhdudiyyətlərlə əlaqədar məlumat yayıb.

Cəmiyyətin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində yeni metro stansiyasının tikintisi ilə əlaqədar A.Salamzadə və C.Məmmədquluzadə küçələrində kommunikasiya  xətlərinin köçürülməsi işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su kəmərinin yeri dəyişdirilib. Hazırda su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar martın 26-da gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Azadlıq prospekti, T.Əliyev, Ş.Rəhimov, Atatürk, X.Şuşinski küçələrinə və 3-cü Alatava yaşayış sahəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
 





26.03.2013    çap et  çap et