525.Az

Osman Gündüz: "Dövlət orqanlarının saytları yenilənmir"


 

Osman Gündüz: "Dövlət orqanlarının saytları yenilənmir"

«Hiss olunur ki, informasiya cəmiyyətinin yaradılması hökumətin önəm verdiyi məsələlərdən biridir. Bu istiqamətdə son dövrlərdə sistemli işlər görülür, inkişaf var. Buna sevinirik və dəstəkləyirik. Lakin dövlət orqanlarının informasiya verməsi sahəsində hələ də problemlər qalmaqdadır. Ötən il apardığımız monitorinqin nəticələrinə görə, dövlət orqanları açıqlamağa məcbur olduqları informasiyanın yalnız 27 faizini açıqlayıblar. Bu il isə tendensiya müsbətə doğlu dəyişib. Bu rəqəm 33 faizə çatıb. Lakin müsbət irəliləyiş hiss olunsa da, yenə də bu rəqəm qənatəbəxş hesab edilə bilməz. Yerli icra hakimiyyətlərində isə bu rəqəm daha aşağıdır-10 faiz”.

525.az-ın məlumatına görə, bu sözləri bu gün Ombudsman Aparatında dövlət qurumlarının mətbuat xidməti rəhbərlərinin iştirakı ilə «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın müzakirəsinə həsr olunan dəyirmi masada Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz səsləndirib.

Osman Gündüz dövlət orqanlarının saytları ilə bağlı problemlərin olduğunu bildirib: “Dövlət orqanlarının demək olar ki, hamısının saytı var, lakin yenilənmir. Yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin saytları var, lakin çoxunun içərisində heç nə yoxdur. Bu sahədə görüləsi işlər, həll olunacaq problemlər var».

S.MÜRVƏTQIZI

 





27.09.2012    çap et  çap et