525.Az

Pelin Karahan "Yeter"dən ayrılır


 

Pelin Karahan "Yeter"dən ayrılır<b style="color:red"></b>

"Yeter" serialında baş rolu canlandıran və beş aylıq hamilə olan Pelin Karahan layihədən ayrılmağa qərar verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa hamiləliyinin son aylarını evində dincələrək keçirmək istəyir. Beş il əvvəl iş adamı Bedri Güntayla ailə quran və Ali Demir adlı bir oğlu dünyaya gələn Pelin fikrində qətidir.

İki mövsümdür "Yeter"də çəkilən Karahanın serialdan necə və nə zaman ayrılacağı qarşı günlərdə dəqiqləşəcək.

Ailəsini karyerasından üstün tutan P.Karahan çəkiliş meydançasındakı gərgin iş rejimindən dolayı növbəti dörd ayını sakit keçirmək istədiyini deyib. O, hətta layihəyə başlamadan prodüserlə "Hamilə qalsam, serialdan ayrılacağam" şərtini də danışıb. Aktrisa doğuşdan bir müddət sonra da ekranlardan uzaq qalmaq fikrindədir.

 





29.10.2016    çap et  çap et