525.Az

Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə


 

Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə

Doktoranturaya qəbul olmaq istəyənlər üçün sənəd qəbulu davam edir.

Təhsil Nazirliyinin sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanlarında iştirak üçün sənəd qəbulu davam edir.

Bunu 525.az-a Nazirliyin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova məlumat verib. O bildirib ki, sənəd qəbulu oktyabrın 16-dək davam edəcək:

“Sənəd qəbulu ali məktəblərdə yaradılmış sənəd qəbulu komissiyaları tərəfindən aparılır. Məlumat üçün bildirim ki, bu il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayrılıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada büdcə hesabına təhsil almaq üçün 288, ödənişli əsaslarla təhsil üçün isə 89 yer müəyyənləşib. Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 82, ödənişli əsaslarla 3 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə dissertantların təhkim olunması planında 80 yer büdcə hesabına, 9 yer ödənişli olacaq”.

S.QARAYEVA

 





27.09.2012    çap et  çap et