525.Az

Doğranmış qadın meyiti ilə bağlı işi Bakı şəhər Prokurorluğu araşdıracaq


 

Doğranmış qadın meyiti ilə bağlı işi Bakı şəhər Prokurorluğu araşdıracaq<b style="color:red"></b> Martın 13-də Bakı şəhərinin Binəqədi rayonu ərazisində hissələrə parçalanmış qadın meyitinin tapılması faktına görə başlanılmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğuna verilib.

Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, martın 26-da cinayət işi üzrə toplanmış materiallar bu rayonunun prokurorluğundan Bakı şəhər Prokurorluğuna göndərilib. Bundan sonra fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış işin istintaqı şəhər prokurorluğunda aparılacaq.
 
Qeyd edək ki, ilkin olaraq martın 13-də Binəqədi rayonunun Baksol kimi tanınan hissəsində ümumi zibillikdə qadın bədən hissələri və orqanları tapılıb. Qətlə yetirilmiş qadının başı bir neçə gün sonra Sumqayıt şəhəri Saray qəsəbəsində yerləşən qəbiristanlıqda torbada aşkar edilib. Hazırda qətlə yetirilmiş qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Qətlin harada, kim tərəfindən, hansı şəraitdə törədilməsi və digər suallar ətrafında araşdırmalar davam etdirilir.
 





27.03.2013    çap et  çap et