525.Az

Bakıda 12 yaşlı oğlan müəmmalı şəkildə öldü


 

Bakıda 12 yaşlı oğlan müəmmalı şəkildə öldü<b style="color:red"></b> Bakının ən böyük xəstəxanası olan Kliniki Tibbi Mərkəzdə 12 yaşlı oğlan ölüb.
 
Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi ev 51T ünvanında yaşayan Həsənov Nihat Boris oğlu kəskin qarın ağrısı diaqnozu ilə xəstəxanaya aparılıb. Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeniyetmə oğlan orada dünyasını dəyişib.
 
Faktla əlaqədar araşdırmalar aparılır. Ölümün dəqiq səbəbini müəyyən etmək məqsədi ilə ekspertizalar təyin olunub.
 





27.03.2013    çap et  çap et