525.Az

Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının sessiyasında


 

Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının sessiyasında <b style="color:red"></b>

Oktyabrın 31-də Misir Ərəb Respublikasının Luksor şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyası öz işinə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, İnformasiya və İctimaiyyətlə əlaqələr, Turizm şöbələrinin əməkdaşları müvafiq olaraq Türkan Rüstəmova, Cavid Abdullayev və Bakı Turizm İnformasiya mərkəzinin direktoru Zakir Əliyev daxildir.

Sessiyanın proqramına 2016-cı ildə turizm sahəsində meyllər və fəaliyyətlər, turizmə yanaşma, prioritetlər və idarəetmə, 2016-2017-ci illər üzrə görüləcək işlərin ümumi proqramı, büdcə ilə bağlı Komitənin hesabatı, Baş Katibin hesabatı, İcraiyyə Şurasının 104-cü Sessiyasının qərarlarına baxılması, o cümlədən, 2017-ci ildə Şuraya sədrlik məsələləri salınmışdır.

Tədbirdə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, 40-dan çox ölkənin turizm naziri, nazir müavinləri, səfirləri və yüksək vəzifəli şəxsləri iştirak edir.

Cavid QƏDİR

 





31.10.2016    çap et  çap et