525.Az

Azərbaycan Ümümdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçildi


 

Azərbaycan Ümümdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçildi<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirin Luksor şəhərində keçirilən Birləşmiş Mİllətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında iştirak edir.

Nazirlikdən 525.az-a verilən məlumata görə, Azərbaycan öz namizədliyini İcraiyyə Şurasının sədrliyinə təqdim edib, aparılmış danışıqlar nəticəsində və üzv ölkələrin dəstəyi ilə ölkəmizin sədrliyi təsdiqlənib.

Sədrin birinci müavini Zambiya, ikinci müavini isə Serbiya seçilib.

Bununla bağlı, Azərbaycan adından sədr qismində çıxış edən Ə.Qarayev sədrlik müddətində Ümumdünya Turizm Təşkilatı tərəfindən turizmin inkişafı və insanların rifahına töhfə verməsi, həmçinin 2017-ci ilin "İnkişaf naminə davamlı turizm beynəlxalq ili” olduğunu nəzərə alaraq, bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini bildirib.

Qeyd olunub ki, Azərbaycanın Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi turizm sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq, ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, habelə BMT sisteminin ixtisaslaşmış təşkilatı olan Ümumdünya Turizm Təşkilatının və İcraiyyə Şurasına üzv olan dövlətlərinin ölkəmizə olan etibarının göstəricisidir.

Cavid QƏDİR

 





01.11.2016    çap et  çap et