525.Az

Rus zabit ailələrinin Azərbaycandan çıxarılması prosesi mayın sonunadək tam başa çatacaq


 

Rus zabit ailələrinin Azərbaycandan çıxarılması prosesi mayın sonunadək tam başa çatacaq<b style="color:red"></b>

Qəbələ radiolokasiya stansiyasının (RLS) hərbi şəhərciyində yaşayan rus zabitlərin ailələrinin Azərbaycandan çıxarılması prosesi may ayının sonunadək tam yekunlaşacaq.

APA-nın məlumatına görə, hazırda zabit ailələrinin və onların əmlaklarının Qəbələdən çıxarılması prosesi davam edir. Anlaşmaya əsasən, rus zabitlərinin ailələrinin əmlaklarının çıxarılmasını Azərbaycan tərəfi təmin edir.
 
Hazırda hərbi şəhərcikdə 70-ə yaxın zabit ailəsi qalıb.
 
Qeyd edək ki, Azərbaycan tərəfinin icarə haqqını artırması ilə əlaqədar Rusiya 2012-ci ilin dekabr ayından Qəbələ RLS-də fəaliyyətini dayandırıb. Hazırda stansiyanın inventarının siyahıya alınması və təhvil-təslimlə bağlı komissiyalar tərəfindən işlər aparılır.
 
Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb edib.

 





27.03.2013    çap et  çap et