525.Az

Azərbaycan ərazisində hava dumanlı və çiskinli olacaq


 

Azərbaycan ərazisində hava dumanlı və çiskinli olacaq<b style="color:red"></b>

Martın 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, səhər və axşam ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında bildirib ki, gecəyə doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli olma ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 11-16 dərəcə isti olacaq.
 
Martın 28-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Axşam Böyük Qafqazın bəzi yerlərində az yağıntının olma ehtimalı var. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9, bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən martın 28-dək Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





27.03.2013    çap et  çap et