525.Az

Qarabağ müharibəsinə həsr olunan animasiya filmi - Video


 

“XİLAS” FİLMİNDƏ ERMƏNİLƏRİN DAĞLIQ QARABAĞA KÖÇÜRÜLMƏSİNİN 150 İLLİYİNƏ HƏSR EDİLƏN ABİDƏNİN ÖZLƏRİ TƏRƏFİNDƏN MƏHV EDİLMƏSİ ƏKSİNİ TAPIB

Qarabağ müharibəsinə həsr olunan animasiya filmi - <b style="color:red">Video</b>

“Addım” Gənclərin İnkişaf Mərkəzinin “Müasir təbliğat üsulu olan 3D qrafikası” layihəsi çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən qısametrajlı animasiya filmi hazırlanıb.

İctimai Birlikdən verilən məlumata görə, Gənclər Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn “Xilas” filmində Azərbaycanın işğal edilmiş Laçın rayonunda yerləşən “Ağaoğlan” abidəsi və ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyinə həsr edilən abidənin elə ermənilərin özləri tərəfindən məhv edilməsi öz əksini tapıb.

Hadisələri yenidən canlandırmaq üçün 3D qrafikasından istifadə olunub.

Animasiya filminin hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri daha kreativ üsulla çatdırmaqdan ibarətdir.

Süjet xəttində evi erməni yaraqlıları tərəfindən hücuma məruz qalan kiçik qızdan bəhs edilir.

O, xilas olmaq üçün qarlı, çovğunlu meşələrdən keçməli olur.

Animasiya işi yetkinlik yaşına çatmış qızın işğal altındakı Azərbaycan torpaqlarına aid tarixi abidələrin rəsmlərini və məcburi köçkünlərin çətin durumlara salınmasını əks etdirən fotoları izləməsi ilə yekunlaşır.

Ceyhun ABASOV

 





02.11.2016    çap et  çap et