525.Az

Türkiyənin də "Hollivud"u olacaq


 

Türkiyənin də "Hollivud"u olacaq<b style="color:red"></b>

İstanbulun Beykoz səmtində Türkiyənin ən böyük film platosu qurulur.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Kılıçlı kəndində 265 min kvadrat metrlik ərazidə qurulacaq nəhəng film plafosunun infrastrukturu hazırdır. Platonun tamamlanmasından sonra "Hollivud" filmlərindəki səhnələr Türkiyədə də çəkilə biləcək. Prodüsser Atilla Gökbörü "Hollivudun dənizin altında, üstündə, havada, quruda çəkdiyi bütün filmlərin çəkilə biləcəyi platolar burada qurulur" deyib.

Beykoz bələdiyyə başqanı Yücəl Çelikbilək isə burada eyni anda 5-10 film çəkilə biləcəyini söyləyib. 30 milyon lirəyə başa gəlməsi gözlənilən layihənin 1,5 ildə başa çatdırılması planlaşdırılır.

 





27.03.2013    çap et  çap et