525.Az

Qızını alana 40 milyon dollar verəcək


 

Qızını alana 40 milyon dollar verəcək

Honq Konqun ən zəngin adamlarından biri olan milyarder Cecil Chao Sze-tsung dünyanın ən xoşbəxt insanlarından biri olmalı halda, özünü ən bədbəxt insan sayır.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə milyarderin Mançester Universitetinin məzunu olan 33 yaşlı qızı Gigi Chao lezbiyandır və o, Fransada Sean Eav adlı bir qadınla evlənib.

Varisinin hərəkətindən son dərəcə pərişan olan iş adamı övladının həyatını dəyişdirmək üçün öz puluna güvənərək çıxış yolu tapıb. Gigi Chaonun həyatına heç bir halda müdaxilə etməyəcəyini və hətta onun seçimi haqqında heç bir mənfi fikir söyləməyəciyini bildirən milyarder ata öz yerinə pulunu "danışdırmaq" qərarına gəlib.

Cecil Chao Sze-tsung lezbiyan qızının ağlını başından çıxarıb onu evlənməyə razı salan kürəkən namizədinə 40 milyon dollar hədiyyə verəcəyini açıqlayıb.

Gigi Chaonun facebook sosial şəbəkəsində səhifəsi də var.

 





27.09.2012    çap et  çap et