525.Az

Çanaqqala zəfərinin 98-ci ildönümü ilə bağlı Çanaqqaladakı tədbirdən fotolar


 

Çanaqqala zəfərinin 98-ci ildönümü ilə bağlı Çanaqqaladakı tədbirdən <b style="color:red">fotolar</b>

TÜRKÜN QƏHRƏMANLIQ DASTANI - ÇANAQQALA ZƏFƏRİ
 
18 mart – Çanaqqala Dəniz Zəfərinin 98-ci ildönümü və Türkiyədə rəsmi şəkildə qeyd olunan şəhidləri anma günü hər il olduğu kimi bu il də Çanaqqalada gerçəkləşdirilib.

Hər il rəsmi şəkildə qeyd olunan anım törəni, bu il də şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad edilməsi və istiqlal marşının sədaları ilə başlayıb.

Çanaqqala valiliyinin birbaşa protokolu əsasında baş tutan törəndə  Türkiyənin bir çox  siyasət xadimləri çıxış edib türkün qəhrəmanlıq salnaməsi olan Çanaqqala savaşından danışıblar. “Çanaqqala keçilməz” deyərək Çanaqqala Zəfərinin Türk milləti və ümumən Türk Dünyası üçün önəmli bir tarix olduğunu qeyd etdilər.

Çanaqqalada şəhid olan azərbaycanlıların, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında şəhid olan Qafqaz İslam Ordusunun əsgərlərinin nə üçün savaşdıqlarını, öz doğma yurdlarından minlərlə kilometr uzaqlarda nə üçün savaşa atılmaqları bir daha türk millətinin bütövlüyü və qardaşlığından xəbər verdiyini vurğulayıblar.

Çanaqqala Zəfərinin 98-ci ildönümü münasibəti ilə yalnız Türkiyəni deyil, bütün Türk Dünyasını, müsəlman aləmini və bütün tərəqqipərvər bəşəriyyətin təbrik etmənin anlamlı olduğu vurğulanıb.
 
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə düzənlənmiş törəndə bir çox dövlətlərin rəsmi nümayəndələri də iştirak edib.

Anım törəninə Çanaqqala valisi tərəfindən dəvət olunmuş “Azərbaycan Bayrağı” ordeni ilə mükafatlandırılmış qəhrəmanımız “Yaşayan şəhid” və şahidimiz İbad Hüseynov da qatılıb. Onu da qeyd edək ki, bir ay öncə qəhrəmanımız İbad Hüseynov Çanaqqada 18 mart universitetində “Qarabağ savaşı qəhrəmanın gözüylə” adlı panelinə dəvət olunmuşdu. O yadda qalan və tarixləşən görüşlərin təəssüratından çıxmamış , yenidən Çannaqqala  Zəfərinin 98-ci ildönümü və Şəhitlərin Anım törəninə dəvət də tarixi bir ana çevrilib.

Törəndə Azərbaycanın  İstanbuldakı konsolosu Kənan Murtuzov, qəhrəmanımız İbad Hüseynov , “Atilla”jurnalının baş redaktoru Gülşən Behbud, Beynəlxalq  Diaspora Mərkəzi aparatının rəhbəri Samir Adıgözəlzadə da iştirak edirdilər.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın hər zamanki kimi sevgi və məhəbbət dolu çıxışından sonra Çanakkale  Şəhidliyi ziyarət edildi.

Ziyarət  zamanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanın qəhrəman oğlu İbad Hüseynovla  görüşdə “...Çanakkale ziyarətini hak edən türk kahramanı xoş gəldin Çanakkalemizə” soylədi. Onu da  qeyd edək ki,  Rəcəb Tayyib Ərdoğanın   qəhrəmanımızla   növbəti   görüşü idi.

Sonra baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyə ordusunun baş qərargah rəisi ordu generalı Necdet Özəl, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu və  digər   siyasi  xadimlər və  qəhrəmanımız  İbad Hüseynov Çanaqqala şəhidliyini  ziyarət  etdikdən  sonra Türk ordusunun hava və dəniz  qüvvələrini  müşahidə etdilər.

Türkiyə ordusunun baş  qərargah rəisi ordu generalı Necdet Özəl, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncunun  qəhrəmanımız  İbad Hüseynovla  görüşüb.








 





27.03.2013    çap et  çap et