525.Az

Gəncədə dəhşətli qəza


 

Gəncədə dəhşətli qəza<b style="color:red"></b> Martın 28-nə keçən gecə Gəncə şəhəri yaxınlığında dəhşətli yol qəzası baş verib.
 
Lent.az-ın məlumatına görə, iki yük maşının toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə zamanı yoldan keçən və yaxınlıqda olan şəxslər yaralıları xilas etməyə çalışsa da, onları maşının kabinasından çıxarmaq mümkün olmayıb. Bu səbəbdən də əraziyə xilasedicilər cəlb olunub. Lent.az dəhşətli qəzadan sonra çəkilmiş bəzi görüntüləri təqdim edirş
 
 
***
 
09:37
 
Şəmkir rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına itinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Bakı-Qazax yolunun 344-cü km-də "KamAZ" markalı 25-BE-386 dövlət nömrə nişanlı və "KamAZ" markalı 25-BE-160 dövlət nömrə nişanlı iki yük avtomobili toqquşması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki "KamAZ" markalı 25-BE-386 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, həmçinin, digər "KamAZ" markalı 25-BE-160 dövlət nömrə nişanlı avtomobilin sürücüsü və avtomobildə olan iki sərnişindən biri xəsarət almış digər sərnişin 1992-ci il təvəllüdlü Hüseynov Bəxtiyar Zaman oğlu isə vəfat edib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış yaralıları, eyni zamanda adı çəkilən şəxsin cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 00:10-da başa çatıb.
 





28.03.2013    çap et  çap et