525.Az

Sabahdan Azərbaycan ərazisində hava pisləşəcək


 

Sabahdan Azərbaycan ərazisində hava pisləşəcək<b style="color:red"></b>

Martın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, havanın temperaturu günün birinci yarısında 12-15 dərəcə isti təşkil edəcək. Lakin günün ikinci yarısından başlayaraq şimal küləyinin daha da güclənməsi nəticəsində axşama doğru temperaturun 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.
 
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcə şaxta təşkil edəcək.
 
Tibbi meteoroloji proqnoza əsasən, martın 29-dan günün ikinci yarısından 30-u axşamadək güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. 

 





28.03.2013    çap et  çap et