525.Az

TRT kanalı 31 mart soyqırımına aid verilişlər hazırlayıb


 

TRT kanalı 31 mart soyqırımına aid verilişlər hazırlayıb<b style="color:red"></b> TRT Azərbaycanın dərdinə şərik olmağa davam edir.

TRT Bakı təmsilçiliyindən 525.az-a verilən məlumata görə, Türkiyə TRT kanalı vasitəsi ilə Azərbaycanın ağrı acısına şərik olacaq. 

31 Mart Soyqırım günü TRT- nin dörd kanalında yayımlanacaq xəbər və proqramlar dünyaya çatdırılacaq.
1918-ci ildə erməni daşnakları tərəfindən Azərbaycan ərazilərində tarixin ən qanlı qətliamları törədilib, Azərbaycan türkləri vəhşicəsinə qətl ediliblər.

TRT Bakı Təmsilçiliyi tərəfindən  ‘’Tarixin Qara Səhifəsi’’ və "Qafqazlardan Əsən Yellər’’ adlı iki proqram hazırlanıb. ‘’Tarixin Qara Səhifəsi’’ adlı proqram Azerbaycan İqtisad Universitetində 31 Mart Soyqırım günü keçiriləcək  tədbirdə qonaqlara  təqdim ediləcək. 

Bu proqramlar TRT Haber, TRT Türk, TRT Avaz ve TRT Anadolu kanallarında yayımlanacaq.
 





28.03.2013    çap et  çap et