525.Az

Rusiyada azərbaycanlı sahibkar qətlə yetirilib


 

Rusiyada azərbaycanlı sahibkar qətlə yetirilib<b style="color:red"></b>

 Rusiyanın Çita şəhərində azərbaycanlı sahibkar güllələnib.

APA-nın “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, qətl bu gün saat 9-da sahibkarın yaşadığı evin girişində baş verib.
 
Zabaykalsk diyarı İstintaq Komitəsinin yaydığı ilkin məlumata görə, iki naməlum şəxs 39 yaşlı azərbaycanlı sahibkarı evinin qarşısında gözləyib.
 
Qatillər evdən çıxan sahibkarın baş nahiyəsinə zərbə endirib, ondan pul tələb etməyə başlayıblar. Yaranmış insident zamanı naməlum şəxslər sahibkara atəş açıblar. Döş nahiyəsindən güllə yarası alan azərbaycanlı sahibkar yerindəcə keçinib.
 
Faktla bağlı Rusiya Cinayət Məcəllənin müvafiq maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır, şahidlər dindirilir.
 
Öldürülən şəxsin adı hələlik açıqlanmır.
 
 

 





28.03.2013    çap et  çap et