525.Az

Batumidə üç nazir yenidən görüşdü


 

Batumidə üç nazir yenidən görüşdü<b style="color:red"></b> Bu gün Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü olub. 
 
525.az-ın trtazerbaycan.com saytına istinadən məlumatına görə, üç ölkənin xarici işlər nazirləri Əhməd Davudoğlu, Elmar Məmmədyarov və Maya Pancikidze bu formatdakı ikinci görüşdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 
Davudoğlu Gürcüstana bir gün əvvəl gedib. Nazir Tiflisdə baş nazir Bidzina İvanişvili və xarici işlər naziri Pancikidze ilə görüşüb. Türkiyə ilə Gürcüstan arasındakı qardaşlıq bağlarına toxunan Davudoğlu əlaqələrin qarşılıqlı etimada əsaslandığını bildirib.
 
 





28.03.2013    çap et  çap et