525.Az

”Bakı-Tiflis-Qars” layihəsi ilin sonunda başa çatacaq”


 

”Bakı-Tiflis-Qars” layihəsi ilin sonunda başa çatacaq”<b style="color:red"></b>

 “Azərbaycan və Gürcüstanda kifayət qədər iş adamları çalışır. Nazirlərin bugünkü görüşündə yalnız iqtisadi məsələlər deyil, mədəniyyət sahəsində əməkdaşlıq və digər aktual məsələlər müzakirə olundu”.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan və Gürcüstan XİN başçıları ilə Batumidə keçirdiyi mətbuat konfransında deyib.
 
Nazir yaxın vaxtlarda üç ölkənin iştirakı ilə “Bakı-Tiflis-Qars” layihəsinin həyata keçiriləcəyini deyib: “Birgə layihələrimiz çox olacaq, bu işlərin hamısını uğurla başa çatdıracağıq. Biz qardaş, dost və strateji tərəfdaş olan ölkələrik”. 
 
Mətbuat konfransında Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin uğurla başa çatacağı vurğulanıb və bu məsələnin Ankaradada Ərdoğan-İvanişvili görüşü zamanı müzakirə olunduğu bildirilib. Tədbirdə qeyd olunub ki, “Bakı-Tiflis-Qars”
 
 layihəsi bu ilin sonuna kimi başa çatacaq və ilin sonunda bu istiqamətdə ilk qatar yola salınacaq.
 
Mətbuat konfransında Azərbaycan və Türkiyə arasında viza rejiminin sadələşdirilməsi barədə də fikirlər bildirilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmdəyarov bu sahədə iş aparıldığını və ölkələr arasında gediş-gəlişin sadələşdiriləcəyini bildirib.

 





28.03.2013    çap et  çap et