525.Az

“DINKtravelers”də “Bakının İçərişəhərində Qız qalası” adlı məqalə


 

“DINKtravelers”də “Bakının İçərişəhərində Qız qalası” adlı məqalə<b style="color:red"></b>

Beynəlxalq mədəni irsin və turizm imkanlarının təqdimatı ilə məşğul olan  “DINKtravelers” internet portalında “Bakının İçərişəhərində Qız qalası” adlı məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, məqalədə qeyd edilir ki, Bakı şəhərində yerləşən və divarla əhatə olunmuş İçərişəhər YUNESKO tərəfindən Ümumdünya İrsi Siyahısına salınıb və Qız qalası şəhərin simvolu kimi tanınır.

Bildirilir ki, Xəzərin sahilində yerləşən Bakı şəhəri turistləri qəbul etmək üçün əlverişli infrastruktura malikdir:
“Ən maraqlısı odur ki, Bakıda Asiya və Avropa arasındakı məşhur tarixi sərhədlə tanış olmaq olar. Artıq Azərbaycanı ziyarət edən turistlər arasında Bakı şəhəri daha dəbdədir. Çünki bu şəhərdə müasir küçə və binalar ilə yanaşı minillik tarixə rast gəlmək olar”.

Həmçinin nəzərə çatdırılır ki, Azərbaycanda İslam dünyasının ilk Demokratik Respublikası yaranıb və Qərbi Asiya regionunda tolerantlığın nümunəsidir.

Daha sonra məqalədə, Bakı şəhərində turistlər üçün müxtəlif cəlbedici yerlərin mövcudluğu qeyd olunur.

Bunlara misal olaraq Xəzər dənizinin sahilində yerləşən Bakı bulvarı, qədim divarlarla əhatə olunmuş İçərişəhər və həmin şəhərdə yerləşən Qız qalasından bəhs olunur. Bakı şəhərinin özünəməxsus landşaftla təqdim olunduğu və şəhərin görünüşünün qədim və müasir hissələrlə tamamlandığı, buranın bir vaxtlar Rus, Fars və Bizans imperiyasının tərkibində olduğu, daha sonra Sovet İttifaqının dağılması ilə burada demokratik respublikanın elan olunduğu, bugün Bakının firavan şəhər və müasir memarlıq üslubunu özündə əks etdirdiyi oxuyucuların nəzərinə çatdırlır.

Məqalədə həmçinin, tarixi və müasir görkəmi özündə cəmləşdirən Bakı şəhərində Azərbaycanda ilk Formula 1 yarışının keçirlidiyindən bəhs olunur.

Xüsusilə Qız qalasına ayrılmış bölmədə, qalanın hal-hazırda muzey kimi, qalanın XII əsrdə kim tərəfindən inşa edildiyi məlum olmasada, vaxtilə rəsədxana, mayak və məbəd kimi fəaliyyət göstərildiyi qeyd olunur.

Həmçinin, bu tarixi-memarlıq əsərinin Azərbaycanın pul əskinaslarının üzərində və müvafiq rəsmi sənədlərində təsvir olunduğu bildirilir. Qız qalasının yerden 28 metr yüksək olması və səkkiz mərtəbəli yarı silindrik formalı strukturu barədə məlumat verilərək bildirilib ki, qala ilk inşa edilən zaman dənizə yaxın inşa olunmasına baxmayaraq hal-hazırda dənizdən kənar yerləşir və buna səbəb kimi dənizin geri çəkilməsi göstərilir.

Ayrıca məqalədə, turistlərə, axşam vaxtı binaların işıqlandırması zamanı gəzintiyə çıxmaq, YUNESKO-nun mədəni irs siyahısında olan Şirvanşahlar Sarayı və xanım Zərifə Salahovanın şəxsi kolleksiyası ilə yaradılmış dünyada yeganə olan minyatür kitablar muzeyinin ziyarət edilməsi məsləhət görülür.

Ceyhun ABASOV

 





10.11.2016    çap et  çap et