525.Az

“Access Bank”dan saxta sənədlə külli miqdarda kredit götürülüb


 

“Access Bank”dan saxta sənədlə külli miqdarda kredit götürülüb<b style="color:red"></b> Baş Prokurorluq daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb.
 
Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla  “Access Bank” Qapalı Səhmdar Cəmiyyətinin “20 yanvar” filialında saxta sənədlər əsasında külli miqdarda özgə əmlakının mənimsənilməsi faktları aşkar edilib. Belə ki, filialın kredit mütəxəssisi Kamal Fərəcov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyriləri ilə cinayət əlaqəsinə girməklə 2010-2012-ci illərdə ayrı-ayrı şəxslərin adlarına saxta sənədlər tərtib etməklə 141 min 867 manat məbləğində kredit rəsmiləşdirərək mənimsəyib.
 
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.
 





28.03.2013    çap et  çap et