525.Az

BMT əməkdaşının anasını qətlə yetirən şəxs ömürlük həbsə məhkum edildi


 

BMT əməkdaşının anasını qətlə yetirən şəxs ömürlük həbsə məhkum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində BMT əməkdaşının anasını qətlə yetirməkdə təqsirləndirilən Natiq Hümbətova hökm oxunub.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Natiq Hümbətov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 23 yaşlı Natiq Hümbətov fevralın 17-də 74 yaşlı Elmira İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib. N. Hümbətov istintaqa verdiyi ifadəsində qadını öldürmək üçün mənzilə daxil olanda özü ilə benzin də götürdüyünü bildirib. Qadını yaşadığı evin mətbəxində öldürdükdən sonra N. Hümbətov izi itirmək məqsədi ilə mənzili yandırmaq qərarına gəlib. Bu niyyətlə o özü ilə gətirdiyi benzini meyitin üzərinə və otaqlara töküb.

N. Hümbətov meyitə od vuraraq evdə olan 25 min manatı götürmək istəyib. Lakin alov sürətlə bütün evi bürüyüb, bundan təlaşa düşən N. Hümbətov pulu götürmədən evdən çıxıb.

Xatırladaq ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.

 





27.09.2012    çap et  çap et