525.Az

Nilufər – gül deməkdir...


 

Nilufər – gül deməkdir...<b style="color:red"></b>

şair, Çanaqqala 18 mart universitetinin professoru, Türkiyə

Ədəbiyyata əsrin əvvəllərində gələnlərlə, sonlarında gələnlərin ədəbi uğurlarını müqayisə etsək, birincilərin daha şanslı olduğunu görürük. XIX , XX ya da XXI yüz ilin əvvəllərində, gərək  rus ədəbiyyatında, gərəksə də Azərbaycan ədəbiyyatında bir hərəkətlənmə və canlanma olduğu bilinməkdədir. Beləcə, əsrin başlanğıcına şahidlik edənlərin qismətinə ədəbiyyatın “altın çağı”, səksən, doxsanıncı illərdə ədəbiyyata gələnlərin qismətinə ya “gümüş çağı”, ya da “unudulmuşluq çağı” düşür.

Əsrin əvvəlində ədəbiyyata gələnlər bir öncəki nəsillərdən daha şanslıdırlar. Yeni doğulmuş uşaqlar dünya və həyat növbəsində necə ildırım sürətiylə böyüyüb özlərini təsdiqə can atırsa, yenicə yaşamağa başlayan əsrin özü kimi bu çağın ədəbi nəsilləri də eyni missiyanı həyata keçirirlər.

Hələ ötən əsrin səksən-doxsanıncı illərində mətbuatda, XXI-ci yüz ilin əvvəlində göydən yerə yeni bir enerjinin enəcəyini və bu enerji insanların dünyagörüşündə (xüsusilə də gəncliyin) çox böyük təbəddülatlara səbəb olcağını və onların əvvəlki nəsillərə nisbətən daha yetkin və daha istedadlı olmalarına səbəb olacağını yazırdılar.

Artıq xərcləməyə, yaşamağa başladığımız 13 il ötən əsrlərdə deyilənlərin nə qədər doğru olduğunun bir başqa təsdiqidir. Bugünkü Azərbaycan ədəbi mənzərəsinə baxsaq, XXI əsrin əvvəlində ədəbiyyata gələnlərin ədəbi tale baxımdan necə şanslı olduqlarını görərik. Halbuki ara ədəbi nəsil adlandırdığımz ədəbiyyat adamlarından onları, olsa-olsa cəmi 15-20 il ayırır.

Məni sevindirən – günümüzdəki ədəbi gəncliyin kimsəyə bənzəməmək inadı, təqliddən qaçmaq bacarığıdır. Bu, onların  səsi və nəfəsidir. Belə yetənəkli gənclərimizdən biri də indi “Literaturnoe znakomstvo” almanaxının dəyərli oxucularına əsərlərini təqdim etmək istədiyim Nilufər A. Şıxlıdır.

Nilufər Abdullayeva-Şıxlı – yazar, tərcüməçi, publisist. Rusiya Sözçülük Akademiyasının müxbir üzvü, Beynəlxalq Yazıçılar və Publisistlər assosiasiyasının üzvü. 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2006-cı ildə Moskva şəhəri 1937 saylı iqtisadiyyat təmaüllü orta məktəbin nəzdindəki gimnaziyanı gümüş medalla bitirmişdir. Həmin ildə Moris Torez adına Moskva Dövlət Dilçilik Universitetinin Humanitar və Tətbiqi elmlər fakültəsinə, 2011-ci ildə universiteti bitirərək həmin fakültənin aspiranturasına daxil olub. 2012-də Lomonosov adına MDU-nin jurnalistika fakültəsinə də qəbul edilib. İki roman, bir neçə povest, çoxsaylı şeirlər və hekayələrin müəllifidir.

Rəssamlıqla məşğul olur. Mükəmməl olaraq beş dil bilir.

Bu qısaca həyat hekayəsindən görüldüyü kimi Nilufər anadangəlmə yetənəyə sahibdir. Bu anadangəlmə yetənəklə mütaliəyə və zəhmət, yeni başarılara davamlı canatım, onu yaşıdları arasında ön plana çıxarır. Nəzərə alsaq ki Nilufər doğma Vətən coğrafiyasının və doğma ana dili aurasının dışında bu uğurları qazanır, o zaman ədəbi uğurlarının dəyəri daha da artar.  

Nilufər qələmini bir çox janrlarda sınaqdan keçirir: şeir, hekayə, povest, roman... 22 yaş üçün, elə bilirəm, bunlar kifayət dəyər möhtəşəm uğurlardır. Söhbət sadəcə ədəbi janrlardan ya da yazılmış əsərlərin sayından getmir, söhbət onun, nə yazırsa yazsın, yazdığına ciddi məramlarla yanaşmağından gedir. O demək olar ki, heç kəsi təkrar etməməyə çalışır. Bu fikrimi Nilufərin bir şeiri üzərində incələmələrimlə oxuculara çatdıracağam.

Nilufərin ən gözəl şeirlərindən biri ”Maskalar” adlanır. Başlanğıcda bu mövzu həm maraq oyandırır, həm də hardasa tanış gəlir. Böyük rus şairi Yuri Kuznetsovun və çox böyük Azərbaycan şairi Əli Kərimin də eyni adlı əsərləri var. Bu iki böyük şairdən sonra eyni mövzuda uğurlu əsər yazmaq olarmı? Olduğunu sübut etmək üçün üç şeirin üçündən də misallar gətirəcəyəm. Və bu misalları gətirərkən onu da vurğulamağı borc bilirəm ki, Nilufər bu iki şairin şeirlərinin heç birisini oxumayıbmış.

Əvvəlcə Y. Kuznetsovun “Maska”sından başlayaq:

 

Ə uznal iz vçeraşnix qazet,

Çto menə v çeloveçestve net,

No zato xodit mnojestva basen.

Molvil skulğptor: – Terətğsə ne sled.

Ə snimu s tebə masku, pogt!

– Kak s jivoqo? A vproçem, soqlasen.

 

Leq na doski, i ruki skrestil.

İ liüo moe qips oxvatil,

Kak qorəçaə smertnaə laska.

Naprəqlasğ ni s toqo ni s seqo

Plotğ jivaə liüa moeqo –

Gtot trepet zapomnila maska.

 

Voskresil ee master na svet.

– Tı çemu ulıbalsə, pogt?.. –

Slovno s qlaz moix spala povəzka.

Qovorö: – Tı pusta, kak tot svet,

İ tebə v çeloveçestve net... –

No v otvet ulıbaetsə maska.

 

Bu isə Ə. Kərimin “Maska” şeiridir:

 

Yaxşı yadımdadır Peredelkino, 

Klubda karnaval gecəsi vardı. 

Orda maskaları maska taxmamış, 

Bir şümal, bir gözəl qız paylayardı. 

Bəzən görürdim ki, bir ayüzlüyə 

Eybəcər bir meymun maskası düşür. 

Bəzən də görürdün, elə tülkünün

Özü özü ilə bir də görüşür. 

Gah da hər gün üzü maskalı olan, 

Təzədən üzünə bir maska vurur. 

Bəzən də birisi öz sifətini 

alır, 

qəzəblənir,

qıza qaytarır. 

Karvanal qurtarır, 

adamlar bir-bir 

aldığı maskanı qaytarır qıza. 

Amma bəziləri naxələf çıxır, 

Qayıdır evinə üzündə maska.

 

İndi də gəlin Nilufərin şeirinə nəzər salaq:

 

MASKİ

 

Nam razdali çği-to maski,

İzmenilisğ mı s toboy.

Ne uznatğ pod tonom kraski –

Kto rodnoy, a kto çujoy.

 

Ne te roli mı sıqrali,

İ süenariy bıl ne tot.

Druq za druqom primerəli

Bolğ padeniy, pik vısot.

 

No proşlo vse to, çto bılo,

Tut vtoroqo dublə net!

İ druzey löbovğ ostıla,

Net, toqo, kto dal sovet...

 

Znaö, çto tebə tak qlojet...

Zaqləni, pustuet zal!

Tak zaçem je, dlə koqo je

Gtu rolğ, moy druq, sıqral?

Mı anşlaqi upustili,

Mı zabıtı: tı i ə.

Tak oni nam otomstili –

Komu verili, löbə.

 

İ raskaənğə izlişni,

Tut inıe vremena.

Na raskleennıx afişax

Stertı naşi imena!

 

...“Na raskleennıx afişax,

Stertı naşi imena!”

Bu sonluğun necə gözlənilməz və fərqli  olduğu özlüyündə aydındır!

Nilufər özünü daha çox nəsrdə sınaqdan keçirmək istəyir. Elə bilirəm, buna haqqı da var. Oxucularımıza təqdim etmək istədiyimiz bu hekayələrdə fikrin mükəmməlliyi, üslubun fərqliliyi, yazı dilinin axıcılığı dediklərimizə birbaşa sübutdur. Ədəbiyyata yeni gələn, amma yeni gəlməsinə baxmayaraq şagirdlik dönəminin üstündən atlayıb keçən və yazmış olduğu əsərləriylə özünü artıq təsdiq edən bir qələm sahibinə ancaq uğur olsun demək qalır!

 





29.03.2013    çap et  çap et