525.Az

Türkiyə Van-İrəvan-Van aviareysinə qadağa qoyub


 

Türkiyə Van-İrəvan-Van aviareysinə qadağa qoyub<b style="color:red"></b>

Ermənistanın “Narekavank Tur” şirkəti Türkiyə Mülki Aviasiya Baş İdarəsinin Van-İrəvan-Van aviareysinin həyata keçirilməsini dondurduğunu açıqlayıb.

APA-nın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, şirkət bəyan edib ki, Türkiyə hakimiyyəti bu prosesə siyasi müdaxilə edib.
 
Xatırladaq ki, reys Türkiyənin “Borajet” aviaşirkətinin təyyarələri tərəfindən həyata keçirilməli idi. Reysin turoperatorları “Narekavank Tur” və Türkiyənin “Ayanis” turizm agentliyidir.
 
“Narekavank Tur”dan bildiriblər ki, əvvəlcə bu layihə Türkiyə və Ermənistan hakimiyyəti tərəfindən heç bir maneə ilə üzləşməyib: “Hələ də ümid edirik ki, Türkiyə hakimiyyəti anlayış nümayiş etdirəcək və öz qərarını dəyişəcək”.

 





29.03.2013    çap et  çap et