525.Az

Sevinc Fətəliyeva daha bir regional qurumun koordinatoru seçilib (Fotolar)


 

Sevinc Fətəliyeva daha bir regional qurumun koordinatoru seçilib<b style="color:red"> (Fotolar)</b>

Milli Məclisin (MM) üzvü Sevinc Fətəliyeva MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru seçilib. 

525.az-ın məlumatına görə, Rusiyanın  Sankt-Peterburq şəhərində artıq Gənclər Parlamentlərarası Assambleyasının ilk iclası baş tutub. S. Fətəliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinə  Tələbə Gənclər Təşkilatının sədri Nərgiz Hüseynova , Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR)  İdarə Heyətinin üzvü Emin Hacıyev , “İrəli” İctimai Birliyinin Nəzarət- Təftiş Komissiyasının sədri Xəqani Fərəcov daxildirlər.

Səfər çərçivəsində  S. Fətəliyevanın və MM-in MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərovun iştirakı ilə  bir çox məsələlər müzakirə olunub, yaradılan Asambleyanın MDB dövlətləri arasında əməkdaşlığın inkişafında gənclərin  rolundan söhbət açılıb. Assambleyanın iclasda isə MDB ölkələrinin Gənclər Parlamentlərarası Assambleyasının kordinaatorunun seçilməsi , iş planının təsdiqi və cari ildə görüləcək işlər müzakirə olunub. Müzakirlərdən sonra səsvermə nəticəsində  yekdilliklə S. Fətəliyeva MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru seçilib.

Bundan əlavə, Azərbaycan nümayəndə heyəti  Sankt-Peterburqun  Smolnıy İnstitutunun tələbələri  və Sankt-Peterburqdakı  Gənclər Şurasının nümayəndələri ilə görüşüb , müzakirələr aparılıb. 

 K.Həmzəoğlu

 





29.03.2013    çap et  çap et