525.Az

“31 Mart əsl soyqırımın baş verdiyi tarixdir”


 

“31 Mart əsl soyqırımın baş verdiyi tarixdir”<b style="color:red"></b>

“31 Mart bütün Türk  dünyasının unutmayacağı tarixdir. 1918-ci ildə məhz bu tarixdə ermənilər minlərlə Azərbaycan türkünü xüsusi amansızlıqla qətlə yetiriblər. Sözün əsl mənasında soyqırım baş verib”.

525.az-ın məlumatına görə, bunu Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Necdət Ünüvar deyib.
 
O qeyd edib ki, ötən əsr müddətində Azərbaycan xalqı bir neçə dəfə belə soyqırıma məruz qalıb: “Bunu sübut edəcək sənədlərin, fotoşəkillərin  olmasına baxmayaraq, dünya birliyi hələ də baş verənlərə laqeyd yanaşır, bu isə bizi narahat edir”.
 
Millət vəkili 1998-ci il martın 26-dan etibarən prezident Heydər Əliyev fərmanı ilə 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunduğunu da xatırladıb.
 
N. Ünüvar daha sonra qeyd edib: “Aprelin 24-də qondarma soyqırım iddialarına dünyanın diqqətini cəlb eləməyə çalışanlar azərbaycanlı qardaşlarımıza qarşı tarix boyu sistematik olaraq törətdikləri qətliamları nə qədər ört-basdır edib, unutdurmağa çalışsalar da, Türk milləti və tarix   bunu unutmayacaq”.

 





31.03.2013    çap et  çap et