525.Az

Bakıda gözətçinin meyiti tapılıb


 

Bakıda gözətçinin meyiti tapılıb<b style="color:red"></b> Bu gün Bakıda daş sexindən meyit tapılıb.

Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı-Qaraçuxur yolunun kənarında, “Əfsun” şadlıq evinin yaxınlığındakı daş sexində oranın gözətçisinin meyiti tapılıb. Sex əməkdaşları səhər işə gələndə Valeh adlı gözətçinin meyitini aşkarlayıblar. Meyit ekspertizaya göndərilib. 40-45 yaşlı kişinin hansı səbəbdən və hansı şəraitdə öldüyü hələlik bilinmir.
 
Faktla əlaqədar araşdırmalar aparılır.
 





01.04.2013    çap et  çap et